"Araz"ın rəqibinin futbolçusunu it qapdı
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan Yunanıstanın "Aris" klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, Saloniki təmsilçisinin ispaniyalı futbolçusu Karles Peres itin hücumuna məruz qalıb. Məlumatı İspaniyanın "Marca" nəşri yayıb.
Bildirilib ki, 27 yaşlı vinger dalaşan iki iti ayırmağa çalışarkən hadisə baş verib və bu zaman itlərdən biri onun həssas nahiyəsinə xəsarət yetirib. Karles Peres dərhal xəstəxanaya çatdırılıb və hazırda müalicə olunur.
Qeyd: "Aris" Peresi bir neçə gün əvvəl "Selta" klubundan icarəyə götürmüşdü.
Xatırlatma: "Araz-Naxçıvan" evdə keçirilən ilk oyunda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah, Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved