Arda Turanın “Şaxtyor”u Ukrayna çempionudur
Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” səfərdə “Poltava”nı 4:0 hesabı ilə məğlub edərək çempionatın bitməsinə 3 tur qalmış Ukrayna çempionluğunu rəsmiləşdirib.
90plus.az xəbər verir ki, türkiyəli gənc mütəxəssis Ukraynadakı ilk mövsümündə çempion olmağı bacarıb. Ukrayna Premyer Liqasının 27-ci turunda “Poltava” Arda Turanın çalışdırdığı “Şaxtyor Donetsk”i qəbul edib.
“Arena Lvov” stadionunda keçirilən görüşdə “Şaxtyor Donetsk” 4:0 hesablı qələbə qazanaraq vaxtından əvvəl çempionluğunu elan edib.
ARDA TURAN İLK MÖVSÜMÜNDƏ ZİRVƏYƏ ÇATDI
Bu nəticədən sonra “Şaxtyor Donetsk” xalını 66-ya yüksəldib və ən yaxın izləyicisi “Polessya” ilə fərqi 11 xala çatdıraraq çempionluğu təmin edib. Arda Turan Ukrayna klubundakı ilk mövsümündə böyük uğura imza atıb.
© Copyright 2026, All Rights Reserved