“Komo” tarixində ilk dəfə avrokuboklarda
“Komo” tarix yazdı – ilk dəfə avrokuboklara vəsiqə qazandı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının sürpriz komandalarından olan “Komo” klub tarixində ilk dəfə avrokuboklara vəsiqəni təmin edib.
2024/25 mövsümündə yenidən A Seriyasına yüksələn Lombardiya təmsilçisi möhtəşəm mövsümü tarixi uğurla başa vurub. “Komo”nun “Verona” üzərində qazandığı qələbə komandaya qızıl dəyərində 3 xal gətirib və klub tarixinin ən böyük uğurunu rəsmiləşdirib.
Komandanın hansı avrokubok turnirində iştirak edəcəyi hələ dəqiqləşməsə də, Sesk Fabreqasın rəhbərlik etdiyi kollektivin növbəti mövsüm Avropada çıxış edəcəyi artıq dəqiqdir.
“Komo”nun bu yüksəlişinin əsas memarlarından biri məhz Sesk Fabreqas olub. Gənc mütəxəssis məşqçi karyerasında ilk dəfə komandasını avrokuboklara daşımağı bacarıb.
Bununla belə, “Komo” üçün mövsüm hələ bitməyib. Komanda Çempionlar Liqası zonasından cəmi 2 xal geri qalır. “Milan” və “Roma”nın nəticələri Lombardiya klubunun daha böyük sensasiyaya imza atıb-atmayacağını müəyyənləşdirəcək.
© Copyright 2026, All Rights Reserved