“Neftçi” darmadağınla uddu. Tur bitdi
“Neftçi”dən inamlı qələbə, “Turan Tovuz” avrokuboklarda – turda bütün suallara aydınlıq gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasında 31-ci turun son oyununda Neftçi doğma meydanda Şamaxını 3:0 hesabı ilə məğlub edib:
Neftçi 3 - 0 Şamaxı
E. Mahmudov 1’
İmad Faraj 47’
B. Almeyda 83’
Qollar: https://t.me/doxsanplus/116864
Bu nəticədən sonra “Neftçi” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 8-ci sırada qalıb.
31-ci turun yekununda mövsümlə bağlı iki mühüm məqam da rəsmiləşib. Belə ki, "Turan Tovuz" növbəti mövsüm avrokuboklarda iştirak hüququ qazanıb. Bununla yanaşı, "Karvan" rəsmən Premyer Liqanı tərk edərək 1-ci Liqaya yuvarlanıb.
Bombardirlər:
Coy-Lens Mikels - "Sabah" 19 qol
Velko Simiç - "Sabah" 11 qol
Bassala Sambu - "Neftçi" 11 qol
© Copyright 2026, All Rights Reserved