“Arsenal” çempionluğa yaxınlaşdı
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı – “Vest Hem” üzərində minimal qələbə ilə...
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda Arsenal səfərdə "Uest Hem" üzərində vacib qələbə qazanıb.
Qarşılaşmanın taleyini 83-cü dəqiqədə Leandro Trossard həll edib. Belçikalı futbolçu komandasına 1:0 hesablı qələbə qazandıran yeganə qolu vurub.
Trossard bununla da cari mövsümdəki qol töhfələrinin sayını 17-yə çatdırıb. O, bütün turnirlərdə 7 qol və 10 məhsuldar ötürmə ilə diqqət çəkir:
Vest Hem 0 - 1 Arsenal
L. Trossard 83’
Qol: https://t.me/doxsanplus/116868
Bu nəticədən sonra “Topçular” turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib. London təmsilçisi hazırda 79 xalla liderdir. İkinci pillədə qərarlaşan "Mançester Siti" isə 74 xal toplayıb.
Mövsümün başa çatmasına iki tur qalsa da, “Mançester Siti”nin ehtiyatda bir oyunu var. “Şəhərlilər” ümumilikdə daha üç matça çıxacaq.
© Copyright 2026, All Rights Reserved