Ardadan Ançelottiyə: "Yetərli deyiləmsə, ayrılıram"
"Atletiko Madrid" - "Real Madrid" qarşılaşmasında oynama şansı tapmayan Türkiyə millisinin ulduzu haqqında İspaniya mətbuatında gözlənilməz bir iddia gündəmə gəldi.
90plus.az xəbər verir ki, paytaxt komandasına yaxınlığı ilə tanınan "Realmadrid Exclusivo"da yer alan xəbərə görə, son oyunda 90 dəqiqə meydanda olmayan Arda Güler, final fitindən sonra birbaşa Karlo Ançelottinin yanına gedib.
"ƏGƏR YETƏRLİ GÖRMÜRSƏNSƏ..."
19 yaşlı futbolçunun təcrübəli məşqçiyə "Əgər səviyyəmi oynamaq üçün yetərsiz görürsünüzsə, ayrılacağam," dediyi iddia olunur".
NARAHAT OLUB
Luka Modriçin 86 dəqiqə meydanda qalmasına görə Ardanın bu qədər önəmli oyunda heç şans tapmaması səbəbindən narahat olduğu bildirilir.
QIŞ TRANSFER PƏNCƏRƏSİNDƏ...
Gənc ulduzun gələn qış transfer pəncərəsində ona şans verəcək bir komandaya keçid etməyi düşünə biləcəyi irəli sürülür.
ÇOX ŞANS TAPMADI
Zədəsindən sonra çempionatın son həftələrində özünü göstərən Arda Güler, bu mövsüm komandası ilə yalnız 8 oyunda 257 dəqiqə oynama şansı tapıb.
© Copyright 2026, All Rights Reserved