Argentina çempionu bilindi
Argentina Premyer Liqasında çempion “Estudiantes” oldu.
90plus.az xəbər verir ki, Argentina Premyer Liqasının final oyununda “Estudiantes” və “Rasinq Klub” üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib.
Daha dəqiq oynayan “Estudiantes” penaltilərdə 5:4 hesablı qələbə qazanaraq çempionluq tituluna sahib çıxıb.
VİDEO: https://t.me/doxsanplus/112343
Finalın əsas qəhrəmanlarından biri qapıçı Fernando Muslera olub. Təcrübəli qolkiper penaltilər seriyasında iki zərbəni dəf edərək komandasının qələbəsində həlledici rol oynayıb. Bu titul Musleranın peşəkar karyerasında qazandığı 23-cü kubok kimi tarixə düşüb.
Beləliklə, “Estudiantes” Argentina Premyer Liqasının qalibi adını qazanaraq mövsümü çempionluqla başa vurub.
© Copyright 2026, All Rights Reserved