“Aris - Araz Naxçıvan” matçını bu kanal təqdim edəcək
“Aris” – “Araz-Naxçıvan” oyununun yayım hüququ bəlli oldu.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunu canlı yayımlanacaq. Naxçıvan klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, qarşılaşma “İdman TV” vasitəsilə azarkeşlərə təqdim olunacaq.
Görüş iyulun 31-də Yunanıstanda baş tutacaq və Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Xatırlatma: Bu komandalar arasında Bakıda keçirilən ilk matçda “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanmışdı. Təmsilçimiz cavab oyununda bu üstünlüyü qorumağa və növbəti mərhələyə adlamağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved