“Arsenal - Atletiko”: İlk 11-likdə onlardır
“Arsenal” – “Atletiko”: finala gedən yol bu axşam açılır. İlk 11-liklər bəllidir.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək. Yarımfinal mərhələsinin cavab oyununda "Arsenal" Londonda "Atletiko Madrid"i qəbul edəcək.
İspaniyada keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından, “Emirates” stadionunda oynanılacaq bu matç tərəflər üçün həlledici xarakter daşıyır. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
London təmsilçisi doğma meydanda azarkeş dəstəyindən maksimum yararlanaraq finala yüksəlməyə çalışacaq. Dieqo Simeonenin komandası isə səfərdə sərfəli nəticə əldə edib adını həlledici mərhələyə yazdırmaq niyyətindədir.
Komandalar oyuna aşağıdakı heyətlə çıxacaq:
“Arsenal”: Raya, Uayt, Saliba, Maqalyayeş, Kalafyori, Lyuis-Skelli, Deklan Rays, Ebereçi Eze,Bukayo Saka, Trossard, Gyökeres.
“Atletiko”: Oblak, Ruceri, Qantsko, Pubil, Le Norman, Lyorente, Koke, Simeone, Lukman, Qrizmann, Alvares.
Qeyd: Bu cütün qalibi turnirin finalında digər yarımfinalın güclüsü ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved