"Arsenal"ın futbolçusuna ərəblərdən fantastik maaş təklifi
"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu ilə "Əl-Nəsr" maraqlanır. Səudiyyə təmsilçisi yay transfer dönəmində rəsmi təklif irəli sürməyi planlaşdırır və artıq oyunçunun özü ilə də əlaqə yaradıb.
Maqalyaesə hər mövsüm üçün 20 milyon avro maaş təklif etməyə hazırdırlar ki, bu da onun "Arsenal"dakı qazancının üç mislidir. Hazırda Qabriel mövsümü "topçular"ın heyətində uğurla başa vurmağa fokuslanıb, lakin karyerasının müəyyən mərhələsində Səudiyyə liqasına keçid ehtimalını dəyərləndirə bilər.
Qeyd: 27 yaşlı müdafiəçi cari mövsümdə Premyer Liqada 27 oyunda meydana çıxıb və 3 qol vurub.
© Copyright 2026, All Rights Reserved