"Atalanta" Ukraynada 3 qol və 3 xalla dönür
"Atalanta" Ukraynada "Şaxtyor"u məğlub etdi.
90plus.az xəbər verir ki, “Atalanta”, 2-ci həftədə Ukrayna komandası “Şaxtyor Donetsk”lə görüşdü.
İtalyan komandası “Atalanta” matçı 3-0 qazandı. Qələbə qolları; 21-ci dəqiqədə Djimsiti, 44-cü dəqiqədə Lukman və 48-ci dəqiqədə Bellanova tərəfindən atıldı.
Bu nəticə ilə ilk qələbəsini qazanan “Atalanta” xalını 4-ə qaldırdı. “Şaxtyor Donetsk” isə 1 xalda qaldı.
Çempionlar Liqasının 3-cü həftəsində “Atalanta” evdə Şotlandiya komandası “Seltik”lə qarşılaşacaq. “Şaxtyor Donetsk” isə eyni həftədə “Arsenal”a səfər edəcək.
© Copyright 2026, All Rights Reserved