Avro-2024-ə 42 gün piyada yol getdi
Şotlandiya millisinin azarkeşi Kreyq Ferqyuson AÇ-2024-ün açılış matçını canlı izləmək üçün 42 gün piyada yol gedib.
90plus.az xəbər verir ki, o, Qlazqo şəhərindən Almaniyanın Münhen şəhərinə qədər 1600 km məsafə qət edib.
Kreyq komandasının bu gün Almaniyaya qarşı keçirəcəyi oyunu üçün bu fədakarlığı edib.
Qeyd: Avropa çempionatının açılış matçı bu gün, saat 23:00-da Almaniya - Şotlandiya arasında baş tutacaq.
© Copyright 2026, All Rights Reserved