AVRO 2024: İspaniya yarımfinala yüksəldi
Bu gün AVRO 2024-ün 1/4 final mərhələsinin ilk qarşılaşması İspaniya və Almaniya komandaları arasında olub.
90plus.az xəbər verir ki, İspaniya və Almaniya arasında keçirilən oyunda İspaniya 2-1 hesabı ilə Almaniyaya qalib gələrək yarımfinala yüksəlib. Oyunda əlavə vaxt oynanılıb.
İspaniya 2 - 1 Almaniya
Olmo 51’ (A Yamal)
Florian Virts 89’ (A Kimmix)
Merino 119’
Qeyd: Çempionatın ev sahibi Almaniya turnirdə mübarizəni dayandırdı. İspaniya yarımfinalda Portuqaliya-Fransa cütünün qalibi ilə oynayacaq.
Qollar:
https://t.me/doxsanplus/85549
https://t.me/doxsanplus/85553
https://t.me/doxsanplus/85559
Oyundan epizodlar:
Meydanı duyğusal tərk edən Pedri ciddi diz zədəsi aldı. Onu Olmo əvəz etdi. FOTO:
Azarkeşlər iddia edirlər ki, Toni Kroos "Pedrinin Avro-2024 karyerasını dəhşətli şəkildə bitirdi, amma sarı vərəqə görmədi” FOTO:
16 yaşlı Lamine Yamal Avrolarda üçüncü qol ötürməsini etdi. FOTO:
Florian Virts Almaniyanın yarımfinal ümidlərinə işıq tutur, hesabı bərabər edir. FOTO:
İspaniya futbol federasiyası Pedrinin sol diz bağlarının burxulması diaqnozunu təsdiqləyib. Pedrinin Avro 2024 fəaliyyəti bitdi, yeni testlər olacaq. FOTO:
UEFA İspaniya - Almaniya (2:1) oyununun ən yaxşısı adına layiq görüb: İspaniyalı Dani Olmo. FOTO:
© Copyright 2026, All Rights Reserved