AVRO-2024: Ukrayna xüsusi mühafizədə olacaq
Ukrayna milli futbol komandası Almaniyada keçiriləcək Avropa çempionatı zamanı xüsusi mühafizə olunacaq.
90plus.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Feser bu məlumatı verib:
"Bu, bizim üçün xüsusi bir çağırışdır. Biz bu komandanı xüsusi himayə altına almağa qərarlıyıq".
Qeyd: Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ukrayna millisi E qrupunda Belçika, Slovakiya və Rumıniya ilə mübarizə aparacaq.
Mənbə: CNN
© Copyright 2026, All Rights Reserved