Avropa Çempionatı: 2 güləşçimiz finalda
Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 güləş üzrə Avropa çempionatı davam edir.
90plus.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləşdə 45, 51, 60, 71 və 92 kq çəki kateqoriyalarında mübarizə başlayıb.
Yarışa 1/4 final mərhələsindən qatılan Ömər Usubov (45 kq) ukraynalı Daniil Lutsiki 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Ömər finala vəsiqə uğrunda rusiyalı Umar Rabadanova 5:12 hesabıyla uduzub. Usubov sabah bürünc medal görüşündə erməni idmançı Aren Piruzyanla qarşılaşacaq.
Ramal Mirhüseynov (51 kq) yunanıstanlı Mixail Kokologiannisə 10:0 tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabı ilə məğlub olub. Rəqibinin finala çıxması səbəbindən Ramal sabah təsəlli görüşündə türkiyəli Buğra Kavakla qarşılaşacaq.
Həsən Həsənov (60 kq) makedoniyalı Mariyo Ananiyevə 11:0 tam üstünlük qazandı, erməni Razmik Voskanyana isə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adladı. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovu 4:0 məğlub etdi. Sabah finalda ukraynalı Zorab Aloyevlə qarşılaşacaq.
İsa Yusibov (71 kq) belaruslu Artyom Bolsunu “tuş”la məğlub etdi, lakin 1/4 finalda türkiyəli Ömər Güləyə 4:9 hesabıyla uduzub.
Səid Paşayev (92 kq) slovakiyalı Patrik Urbaneki 10:0 tam üstünlüklə, rumıniyalı Maqor Lorinçəni isə 4:2 hesabıyla keçərək yarımfinala çıxdı. Səid yarımfinalda ukraynalı David Lutskunu 10:0 hesabı ilə məğlub etdi. Final görüşündə isə rusiyalı Abdurazak Şabanovla üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved