Avropa çempionatı: Güləşçimiz yarımfinalda
Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında güləş üzrə yarımfinal mərhələsinə vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, sərbəst güləşdə 74 kiloqram çəki kateqoriyasında çıxış edən idmançımız, Gürcüstan təmsilçisi Giorgi Elbakidze üzərində 5:3 hesablı qələbə əldə edib.
Digər təmsilçimiz Arseni Djioyev isə Artur Naifanovla qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.
© Copyright 2026, All Rights Reserved