Avropa çempionatında cüdoçularımızdan 2 medal
Bu gün cüdo üzrə Avropa çempionatında iki medal qazandıq.
90plus.az xəbər verir ki, kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Zelim Tçkayev Moldova təmsilçisi Petru Pelivanı ipponla məğlub edərək bürünc medal qazandı.
Kişilər arasında -90 kq çəki dərəcəsində isə cüdoçumuz Murad Fətiyev fransalı rəqibi Aleksis Metyunu ipponla məğlub edərək bürünc medal qazandı.
Daha əvvəl Rəşid Məmmədəliyev (-73 kq) və Əhməd Yusifov (-60 kq) da bürünc medal qazanıblar.
Ümumən, qitə birinciliyindən 4 bürüncümüz var.
© Copyright 2026, All Rights Reserved