Avropa kubokunda cüdoçularımızdan 5 medal
Azərbaycanın gənc cüdoçuları Türkiyənin Antalya şəhərində təşkil olunan Avropa Kubokunu 5 medalla başa vurublar.
90plus.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız daha bir gümüş və bir bürünc medal əldə ediblər.
Oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli gümüş medal qazanıb. 90 kq çəkidə tatamiyə çıxan Səid Hüseynov isə üçüncü yeri tutaraq bürünc medala sahib olub.
Qeyd: Yarışın ilk günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal əldə etmişdi.
Beləliklə, Avropa Kubokunu 2 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 5 medalla tamamlayan Azərbaycan millisi 24 ölkə arasında komanda hesabında 7-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved