Avstriyadan DÇ/2026-da 4də 4!
Avstriya seçmələrdə 100% nəticə ilə irəliləyir.
90plus.az xəbər verir ki, Avstriya millisi 2026 Dünya Çempionatı seçmə mərhələsində məğlubedilməz seriyasını davam etdirir.
Ralf Ranqnikin rəhbərliyi altında komanda indiyədək keçirdiyi 4 oyunun hamısında qalib gəlib.
Qazanılan nəticələr:
Rumıniya – 2:1
San Marino – 4:0
Kipr – 1:0
Bosniya və Herseqovina – 2:1
Beləliklə, Avstriya yığması 4 oyundan 12 xal toplayaraq qrupun liderliyini ələ keçirib və Dünya Çempionatına vəsiqə şanslarını daha da artırıb.
Qeyd: Avstriya son dəfə Dünya Çempionatında 1998-ci ildə iştirak edib.
© Copyright 2026, All Rights Reserved