Ayxan Abbasov: “0-5 i unutdurmağa çalışdıq”
"Azərbaycan millisinin qazandığı ilk xal komandaya əlavə motivasiya verəcək".
90plus.az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı baş tutan oyundan sonra yığmanın müvəqqəti baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib. O, bərabərə bitən qarşılaşmanı şərh edərkən deyib:
“Ümid edirəm ki, gələcəkdə də yaxşı oyunlar göstərəcəyik. Futbolçulara meydanda sərgilədikləri əzmkarlığa görə təşəkkür edirəm. Uzun müddətdir yığmada ruh düşkünlüyü vardı və bəlkə də futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarda dəstək olan azarkeşlərə minnətdaram. Qazandığımız bu xal komandaya əlavə güc verəcək”.
Baş məşqçi həmçinin oyundan əvvəl qısa vaxt ərzində komandada dəyişikliklər edə bildiklərini qeyd edib:
“Vaxtımız çox az idi. 1 gün ərzində mümkün olanı etdik. Yığmanın psixoloji durumunu yüksəltməyə çalışdıq və rəqibi analiz etmək üçün imkanımız məhdud idi. Məqsədimiz rəqibin hücumlarını dayandırmaq idi”.
A.Abbasov komandaya hazırlıq prosesindən danışaraq bildirib:
“Müvəqqəti baş məşqçi təyin olunduqdan sonra “Dağla Arena”da məşqlərə qatıldım və futbolçuların bir qədər dağınıq vəziyyətdə olduğunu gördüm. İslandiyaya qarşı 0:5 məğlubiyyəti unutdurmağa çalışdıq və təcrübəli oyunçularla söhbətlər apardıq”.
O, əsas yığmanı çalışdırmağa təyin olunması barədə də danışıb:
“AFFA rəhbərliyi ilə danışdıq. 1 gün içərisində xaricdən məşqçi gətirmək mümkün deyildi. Biz isə mövcud məşqçi heyəti olaraq yığmaya dəstək göstərməyə çalışdıq”.
Oyundan sonrakı "flash müsahibə":
https://t.me/doxsanplus/107381
Qeyd: Tofiq Bəhramov adına stadionda keçirilən Azərbaycan – Ukrayna matçı 1:1 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved