Avro-2024: Saxta formalı azarkeşlərə cərimə!
İngiltərə millisinin azarkeşləri 2024-cü il Avropa Çempionatı ərəfəsində 2 milyon avrodan çox pulu saxta milli komanda formaları üçün xərcləyiblər.
90plus.az xəbər verir ki, təkcə bir topdansatış saytında 26 mindən çox saxta köynək satılıb. İngiltərənin "Nike" şirkəti bu səbəbdən 7,6 milyon avro zərər edib.
Qeyd: Azarkeşlər bir məqamı unudublar ki, AVRO-2024 saxta malların yayılmasına qarşı mübarizə qanunlarının mövcud olduğu Almaniyada baş tutacaq. Və Saxta əşyaların geyilməsinə görə onları 4700 avroya kimi cərimələr gözləyir.
© Copyright 2026, All Rights Reserved