Azərbaycan çempionu: "Qələbəmi atama ithaf edirəm”
"Qələbəmi atama ithaf edirəm."
90plus.az xəbər verir ki, bu fikirləri şahmat üzrə Azərbaycan birinciliyində qalib gələn Rauf Məmmədov səsləndirib.
O, əldə etdiyi uğurun gözlənilməz olduğunu qeyd edib:
"Çox təəccüblənmişəm, çünki tarixi Azərbaycan birinciliyində qalib olmaq asan deyildi. Bu, mənim üçün inanılmaz nailiyyətdir. Qələbəmi ötən il dünyasını dəyişən atama ithaf edirəm. Onun vəfatından bir il ötüb. O, həmişə mənim Azərbaycan çempionatında oynamağımı arzulayırdı."
Qrossmeyster yarımfinalda Teymur Rəcəbov, finalda isə Şəhriyar Məmmədyarovla qarşılaşmaları dəyərləndirib:
"Belə səviyyəli şahmatçıları üstələmək, sözsüz ki, çox çətindir. Bir qədər də bəxt amili rol oynayır. Şükürlər olsun ki, bəxtim də gətirdi. Həm Teymurla, həm də Şəhriyarla partiyalar ağır alındı."
Qeyd: Xanımçaeın yarışında isə Günay Məmmədzadə çempion olub.
© Copyright 2026, All Rights Reserved