Azərbaycan gimnastı dünya kubokunun QALİBİ OLDU
Azərbaycanlı gimnast Nikita Simonov Bakıda təşkil olunan Dünya Kubokunda qalib gəlib.
90plus.az xəbər verir ki, o, final mərhələsində halqalarla hərəkətlərdə uğurlu çıxış edərək birinci olub. Avropa çempionatının gümüş mükafatçısı təsnifat mərhələsində liderlik etmiş və finalda da ən yüksək nəticəni göstərərək zirvəyə yüksəlmişdir.
Simonov 14,233 xal toplayaraq çempion titulunu əldə edib.
Bu, onun cari mövsümdə qazandığı ikinci mükafatdır. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanmışdı.
Bakıdakı Dünya Kubokunda halqalarla hərəkətlərdə digər medalçılara gəlincə, Çin idmançısı Jivey Menq gümüş, ABŞ təmsilçisi Aleksandr Diab isə bürünc medal əldə edib.
© Copyright 2026, All Rights Reserved