Azərbaycan güləşçilərindən 3 medal
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.
90plus.az xəbər verir ki, Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.
Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabıyla üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabıyla uduzub və 2 il əvvəl olduğu kimi, gümüş medalı boynundan asıb.
© Copyright 2026, All Rights Reserved