Azərbaycan güləşi meydan oxudu: 1 gün, 3 qızıl, 1 bürünc
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Avropa çempionatında günü 3 qızıl, 1 bürünclə tamamlayaraq rəqiblərinə meydan oxuyub.
90plus.az bu gün medal qazanan qəhrəmanları təqdim edir:
Həsrət Cəfərov (67 kq) finalda bolqarıstanlı Abu Muslim Amayevi 7:1 hesabı ilə məğlub edərək üçüncü dəfə Avropa çempionu adını qazanıb.
VİDEO: https://t.me/doxsanplus/101247
Qurban Qurbanov (82 kq) macarıstanlı rəqibi Erik Silvassini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçimizin böyüklər arasında ilk Avropa çempionluğu olub.
Nihat Məmmədli (60 kq) finalda serbiyalı Georgi Tibilova 7:3 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionu oldu
Ülvü Qənizadə (72 kq) isə təsəlliverici görüşdə erməni əsilli Alen Mirzoyanı, daha sonra isə bürünc medal uğrunda Aleksandr Lyavonçiki 2:1 hesabı ilə məğlub edərək 3-cü yerin sahibi olub.
© Copyright 2026, All Rights Reserved