Azərbaycan güləşçisi Avropa birincisi oldu
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavadakı Avropa çempionatında qızıl medal qazanıb.
90plus.az xəbər verir ki, Meşvildişvili finalda son dəqiqədə tətbiq etdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.
Bu, Azərbaycan komandası üçün bu yarışda əldə edilən ilk qızıl medaldır.
Bundan əvvəl isə güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medal əldə ediblər.
© Copyright 2026, All Rights Reserved