Avropa çempionatı: Eldəniz və İslam medal qazandı
Azərbaycanın yunan-Roma güləşçiləri - 55 kq.da Eldəniz Əzizli və 87 kiloqram çəkidə İslam Abbasov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında medal qazandılar.
90plus.az xəbər verir ki, Eldəniz Əzizli finalda rusiyalı Emin Seferşayevə (1:1) məğlub oldu və Avropa çempionatında gümüş medal əldə etdi.
İslam Abbasov isə ukraynalı Yaroslav Filçakova 2:1 hesabıyla qalib gələrək bürünc medalı aktivinə yazdırdı.
Qeyd: Sabah 3 idmançımız finalda güləşəcək: Nihat Məmmədli, Həsrət Cəfərov və Qurban Qurbanov.
Xatırlatma: Sərbəst güləş üzrə komandamız yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komandalar arasında Avropa çempionu olub. Giorgi Meşvildişvili - çempion olub, Osman Nurməhəmmədov - gümüş medal, İslam Bazarqanov, Əli Rəhimzadə, Kənan Heybətov və Ağanəzər Novruzov isə bürünc medalı boyunlarından asıblar.
Qadın güləşçilər arasında isə Jalə Əliyeva üçüncü yerə çıxıb.
Qitə birinciliyi aprelin 13-də yekunlaşacaq.
© Copyright 2026, All Rights Reserved