Azərbaycan güləşçisi Avropa çempionu oldu
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
90plus.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 60 kq çəkidə Ayxan Cavadov finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
67 kq-da yarışan Fəraim Mustafayev gərgin keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal əldə edib. 72 kq çəkidə çıxış edən Seymur Qasımov yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olub və 5-ci yeri tutub.
82 kq-da mübarizə aparan Elmin Əliyev isə serbiyalı Oqnyen Yakovlyeviçə qarşı 10:0 hesabıyla böyük üstünlük qazanaraq bürünc medala sahib olub.
© Copyright 2026, All Rights Reserved