Azərbaycan güləşindən bir Mariya Stadnik keçdi
Azərbaycanın ən uğurlu qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, əfsanə güləşçimiz İnstagram hesabında bu barədə paylaşıb:
”Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.
Qeyd: M.Stadnik ikiqat dünya və onqat Avropa çempionudur. 4 olimpiadada iki gümüş və iki bürünc mükafat qazanıb.
© Copyright 2026, All Rights Reserved