Azərbaycan idmançıları daha 2 medal qazandılar
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıblar.
90plus.az xəbər verir ki, yeganə qadın təmsilçimiz Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.
M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.
© Copyright 2026, All Rights Reserved