Azərbaycan idmançısı Serbiyada qızıl medal qazandı
Azərbaycanın paralimpiya atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Qran-pri yarışında qızıl medala layiq görülüb.
90plus.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi rəsmi açıqlama yayıb.
Kamran 10 metr məsafədən (P1 kateqoriyası) atəş açma yarışında böyük uğur əldə edib.
Azərbaycan idmançısı 236.9 xalla turnirin ən yüksək pilləsinə qalxaraq fəxri kürsünün zirvəsini tutub.
© Copyright 2026, All Rights Reserved