Azərbaycan millisi Avropada gümüş medal qazandı
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ikinci yerə layiq görülüb.
90plus.az xəbər verir ki, komandamız final qarşılaşmasında Niderland millisi ilə üz-üzə gəlib.
Gərgin keçən oyunda yığmamız rəqibinə 16:21 hesabı ilə uduzub və turniri gümüş medalla başa vurub.
Qeyd: Azərbaycan komandası qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) komandalarına qalib gəlib. Daha sonra 1/4 finalda Polşa (16:13), yarımfinalda isə İspaniyanı (21:17) məğlub edən millimiz tarixində ilk dəfə olaraq Avropa Kubokunun finalında iştirak edib.
© Copyright 2026, All Rights Reserved