Azərbaycan millisi finala çıxdı
Bu gün qadınlardan ibarət 3x3 basketbol millimiz Qadın Seriyasının Buxarest mərhələsində yarımfinal görüşünə çıxıb.
90plus.az xəbər verir ki, komandamız Rumıniyanın "Rapid Buxarest" təmsilçisinə qarşı keçirdiyi oyunda 21:18 hesablı qələbə qazanaraq finala yüksəlib.
Qeyd: Final qarşılaşmasında yığmamızın rəqibi ABŞ-ın “Seattle” komandası olacaq. Həlledici oyun Bakı vaxtı ilə saat 21:25-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved