Azərbaycan millisi Macarıstan və Sloveniya ilə qarşılaşacaq
Qadınlardan ibarət voleybol millimizin Avropa Qızıl Liqasındakı oyun cədvəli açıqlanıb.
90plus.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Qızıl Liqasında iştirak edəcək. Komandaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.
Yığmamız turnirdə çıxışına mayın 30-da start verəcək. I turun oyunları paytaxt Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Avropa Qızıl Liqası – Qadınlar
I turun təqvimi:
📅 30 may – 18:00
Macarıstan – Azərbaycan
📅 31 may – 18:00
Sloveniya – Macarıstan
📅 1 iyun – 18:00
Azərbaycan – Sloveniya
© Copyright 2026, All Rights Reserved