Azərbaycan millisi Macarıstanla bacarmadı
Azərbaycanın qadın voleybol millisi Avropa Qızıl Liqasında ilk oyununu keçirib.
90plus.az xəbər verir ki, komandamız bu gün Bakıda keçirilən ilk tur oyununda Macarıstan yığması ilə qarşılaşıb. Görüş qonaq komandanın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Bildirək ki, millimiz növbəti matçını iyunun 1-də Sloveniya yığmasına qarşı keçirəcək. Sabah isə Sloveniya və Macarıstan kollektivləri bir-birinə rəqib olacaq.
Macarıstan – Azərbaycan 3:0 (25:13, 25:22, 25:20)
© Copyright 2026, All Rights Reserved