Azərbaycan millisi növbəti mərhələdə
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunan Avropa kuboku turnirində yarımfinal mərhələsinə yüksəlib.
90plus.az xəbər verir ki, komandamız 1/4 final mərhələsində Polşa millisi ilə qarşılaşıb və rəqibini 16:13 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Qeyd: Azərbaycan komandası daha öncə qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) yığmalarına qarşı üstünlük qazanıb.
© Copyright 2026, All Rights Reserved