Azərbaycan millisinin rəqibi Niderland oldu
Basketbolun 3x3 növü üzrə Qadınlar Seriyasının Bakıda təşkil olunacaq mərhələsinin qrupları və oyun cədvəli müəyyənləşdirilib.
90plus.az xəbər verir ki, mayın 26-27-də baş tutacaq turnirdə ümumilikdə 16 komanda iştirak edəcək.
Reytinq cədvəlində aşağı pillələrdə yer alan 6 komanda ilkin mərhələdə gücünü sınayacaq. Bu mərhələdə iki qrupun liderləri növbəti raunda yüksələrək 10 əsas komandaya qoşulacaqlar.
Qeyd: Əsas mərhələdə qruplarda ilk iki sırada qərarlaşan komandalar birbaşa 1/4 finala vəsiqə qazanacaq.
A qrupu: Madaqaskar, İtaliya, Rumıniya
B qrupu: Qazaxıstan, "Roma", Misir
A qrupu: Niderland, "Praqa", Azərbaycan
B qrupu: Çin, "Takasaki", Çili
C qrupu: Tailand, Latviya, ilkin mərhələnin A1 qalibi
D qrupu: Avstriya, Filippin, ilkin mərhələnin B1 qalibi
Azərbaycan milli komandası A qrupunda Niderland və "Praqa" ilə qarşılaşacaq. Yığmamız bu oyunlarını mayın 26-da keçirəcək.
A qrupu
26 may
16:00 – Niderland – Azərbaycan
17:50 – "Praqa" – Azərbaycan
© Copyright 2026, All Rights Reserved