Azərbaycan tennisçiləri Albaniyada mərhələ adladı
Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada keçirilən “Davis Cup” turnirində böyük nailiyyət əldə edib.
90plus.az xəbər verir ki, Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət komandamız dördüncü qrupdan üçüncü qrupa yüksəlib.
150-dən çox ölkənin iştirak etdiyi yarışda, Andorra və San Marinonu üstələyərək pley-off mərhələsinə yüksələn yığmamız Lixtenşteyn təmsilçilərini də məğlub edib.
Tamerlan Əzizov Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə yenib. Kənan Qasımov isə Serafin Zündlə görüşdə qalib gəlib. İlk setdə 0:6 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq göstərərək 6:3 və 6:2 hesabları ilə qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved