Azərbaycan təmsilçisi Dünya Çempionatında 1/4 finalda
Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionatında 1/4 finala yüksəlib.
90plus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında ilk görüşünü keçirib.
1/8 final mərhələsində dünya çempionu və 2024 Olimpiya Oyunlarının gümüş medalçısı olan Almaniya təmsilçisi Yasse Sisse ilə üz-üzə gələn Alfonso Dominqes 5:0 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində o, 1/4 finala yüksəlib.
© Copyright 2026, All Rights Reserved