Azərbaycanda yeni klub fəaliyyət göstərəcək
Azərbaycanda reqbi idman növü ilə bağlı yeni addım atılıb.
90plus.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbinin nəzdində "EAS Simurgh" adlı peşəkar reqbi klubu yaradılıb.
Yeni komanda təkcə Məktəb Liqasında deyil, həm Azərbaycan birinciliklərində, həm də Azərbaycan kubokunda iştirak edəcək. Bununla da, "EAS Simurgh" ölkə reqbisində fəaliyyət göstərən dördüncü klub olub. Hazırda Azərbaycanda "Qarabağ", "Şamaxı OM" və "TİSA Titans" komandaları da reqbi üzrə yarışlarda mübarizə aparır.
Yaxın gələcəkdə Bakıda və bölgələrdə daha bir neçə yeni klubun yaradılması planlaşdırılır. 2025/26 mövsümündən etibarən Azərbaycan birinciliyi və kuboku təşkil ediləcək.
Azərbaycan Reqbi Federasiyasının hazırladığı inkişaf strategiyasına əsasən, Məktəb Liqası da keçiriləcək və orada 7 komanda çıxış edəcək. Bu addımlar ölkədə reqbi idman növünün inkişafına töhfə vermək məqsədi daşıyır.
© Copyright 2026, All Rights Reserved