Azərbaycanlı ağırlıqqaldıran hər 3 əyarlı medaldan qazandı
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.
90plus.az xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.
Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.
Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
© Copyright 2026, All Rights Reserved