Azərbaycanlı cüdoçu Avropada çempion oldu
Azərbaycanlı cüdoçu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal əldə edib.
90plus.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini məğlub edərək finala yüksəlib.
Son qarşılaşmada İsveçrəli cüdoçu Lya Monney üzərində qələbə qazanan Aysun Məmmədova komandamız üçün ilk medalı təmin edib.
Qeyd: Azərbaycan bu turnirdə 5 çəki dərəcəsində 14 qadın idmançı ilə təmsil olunur. Ümumilikdə Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.
© Copyright 2026, All Rights Reserved