Azərbaycanlı güləşçi Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın sərbəst güləş üzrə təmsilçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bürünc medal əldə edib.
90plus.az xəbər verir ki, 74 kq çəki kateqoriyasında çıxış edən idmançı üçüncülük görüşündə Bolqarıstan nümayəndəsi Ramazan Ramazanov üzərində qələbə qazanıb.
Qeyd: Bundan əvvəl nümayəndələrimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) də bürünc medala layiq görülərək fəxri kürsünün üçüncü pilləsində qərarlaşmışdı.
© Copyright 2026, All Rights Reserved