Azərbaycanlı hakim İngiltərənin oyununa təyinat aldı
FIFA hakimi Kamal Umudluya daha bir oyun idarə etmək tapşırılıb.
90plus.az xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Slovakiya – İngiltərə görüşündə baş hakim kimi çıxış edəcək.
Ona laynsmanlar Namik Hüseynov və Vüsal Məmmədov yardım göstərəcək. Rauf Cabarov isə dördüncü hakim olacaq.
D qrupu çərçivəsində noyabrın 18-də Preşovdakı “Tatran” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved