Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.
90plus.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.
Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
Mənbə: Unikal
© Copyright 2026, All Rights Reserved