Azərbaycanlı idmançı qəzada vəfat etdi
"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun üzvü, həmçinin sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib olan Ülviyyə Əhmədova dünyasını dəyişib.
90plus.az xəbər verir ki, bu barədə Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli məlumat verib. Onun sözlərinə görə, gənc idmançı Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində həlak olub.
Qeyd: Ülviyyə Əhmədova cəmi 20 yaşında idi.
© Copyright 2026, All Rights Reserved