Azərbaycanlı kiksbosçu amerikalını məğlub etdi
Tailandın paytaxtı Banqkokda keçirilən və dünyanın ən nüfuzlu idman təşkilatlarından biri hesab olunan “ONE Championship” beynəlxalq turnirinə hazırlaşan Azərbaycan Kikboksinq Federasiyasının təmsilçisi, eyni zamanda “Allazov Team” komandasında məşq edən Akif Quluzadə daha bir döyüşdən qalib ayrılıb.
90plus.az xəbər verir ki, Akif Quluzadə Banqkokda yerləşən məşhur Lumpinee arenasında amerikalı idmançı Şon Klimakonu məğlubiyyətə uğradıb.
Qeyd: Bu parlaq qələbə Akif Quluzadənin “ONE Championship” təşkilatı ilə 6 qarşılaşmanı əhatə edən 100 min dollar dəyərində müqavilə imzalamasına səbəb olub. Onun şəxsi məşqçisi Ələsgər Sultanovdur.
© Copyright 2026, All Rights Reserved