Azərbaycanlı şahmatçılar reytinqdə gerilədilər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçılar üçün may ayına olan dünya reytinq cədvəlini açıqlayıb.
90plus.az xəbər verir ki, Azərbaycanın yeddi şahmatçısı ilk 100-lük sıralamasında yer alıb.
Kişilər arasında ən yüksək nəticəyə Şəhriyar Məmmədyarov sahibdir. Reytinqdə bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü mövqedə qərarlaşıb. Teymur Rəcəbov da bir pillə geriləyərək 2692 xalla 40-cı yeri tutub. Rauf Məmmədov isə 2657 xalla 69-cu pillədəki mövqeyini qoruyub saxlayıb.
Reytinq siyahısının lideri 2837 xalla Norveç təmsilçisi Maqnus Karlsendir.
Qadın şahmatçılar arasında ən yaxşı nəticə Gövhər Beydullayevaya məxsusdur. O, səkkiz pillə geriləyərək 2394 xalla 53-cü yerə düşüb. Günay Məmmədzadə dörd pillə enərək 2390 xalla 57-ci mövqedə qərarlaşıb. Ülviyyə Fətəliyeva isə 2374 xalla 10 pillə geriləyərək 67-ci yerə enib. Əksinə, üç pillə irəliləyən Xanım Balacayeva 2358 xalla 82-ci sıradadır. Siyahıya yenidən daxil olan Gülnar Məmmədova isə 2352 xalla 91-ci yerdə qərarlaşıb.
Qadınlar üzrə reytinq cədvəlinin zirvəsində 2633 xalla Çinli Yifan Hou yer alır.
© Copyright 2026, All Rights Reserved