Azərbaycanlı UFC döyüşçüsü Bakıdakı yarışa gəlir
Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev bu ilin iyun ayında Bakıda baş tutacaq UFC 260 turnirinə hazırlıqlarını davam etdirir.
90plus.az xəbər verir ki, onun çilili döyüşçü İqnasio Bahamondeslə qarşılaşması gözlənilir.
Rəqibi olan Bahamondes son 3 döyüşündə qalib gəlib. Boyu 191 sm olan idmançı ümumilikdə 17 qələbə qazanıb və 5 dəfə məğlubiyyətlə üzləşib. Həmin qələbələrin 11-ni o, nokautla əldə edib. Hazırda o, dünya reytinqində 15-ci yerdə qərarlaşıb.
Rafael Fiziyev isə son 3 döyüşündə uğursuz nəticə göstərib. O, Mateuş Qamrot və iki dəfə Castin Qetjiyə uduzub. İndiyədək keçirdiyi qarşılaşmalarda Fiziyev 12 dəfə qalib gəlib, 4 dəfə isə məğlubiyyətlə üzləşib.
© Copyright 2026, All Rights Reserved