Azərbaycanın gənc karateçilərindən tarixi çıxış
Azərbaycan Karate-Do Federasiyasının idmançıları karate üzrə Avropa çempionatında uğurlu nəticələr əldə ediblər.
90plus.az xəbər verir ki, komandamız İtaliyanın Lignano Sabbiadoro şəhərində keçirilən qitə birinciliyində böyüklər, gənclər, yeniyetmələr və masterlər kateqoriyalarında bütün çəki dərəcələrində mübarizə aparıb.
Böyüklər arasında Rafiz Həsənov uzun fasilədən sonra qatıldığı ilk yarışında açıq çəki dərəcəsində Avropa çempionu olub. Eyni nəticəni Rəsul Abasov və Zəki Cəfərzadə də əldə ediblər. Komandanın aparıcı üzvlərindən olan Humay Həsənli və Samir Məmmədov gümüş medallara sahib çıxıblar:
Rafiz Həsənov (Open) – I yer;
Rəsul Abasov (-70 kq) – I yer;
Zəki Cəfərzadə (+78 kq) – I yer;
Humay Həsənli (Open) – II yer;
Samir Məmmədov (-80 kq) – II yer;
Xədicə Vəlizadə (-58 kq) – III yer.
Gənc karateçilər arasında isə Yusif Tağıyev yeganə qızıl medalı qazanıb:
Yusif Tağıyev (-73 kq) – I yer;
Alişan Əzizov (+73 kq) – II yer;
Nizami Məmmədzadə (-63 kq) – III yer.
Federasiyanın gənc idmançılarından Uğur Səmədli, Elvin Həşimli və Xədicə Mürsəlova İtaliyada Azərbaycanın himnini səsləndirməyi bacarıblar:
Uğur Səmədli (-67 kq) – I yer;
Elvin Həşimli (+67 kq) – I yer;
Xədicə Mürsəlova (+53 kq) – I yer;
Amil Abbaslı (+67 kq) – II yer;
Əli Fərhadov (-57 kq) – III yer;
Fərid Məmmədxanlı (-67 kq) – III yer.
Yeniyetmələr arasında isə Mədinə Kazımova, Dias Əskərov, Musa İsmayılov, Eldar Bağırov və Osman Əlizadə fərqlənərək mükafatlar əldə ediblər:
Mədinə Kazımova (+50 kq) – II yer;
Dias Əskərov (-53 kq) – II yer;
Musa İsmayılov (-43 kq) – II yer;
Eldar Bağırov (-53 kq) – II yer;
Osman Əlizadə (-53 kq) – III yer.
Yeniyetmələrin aşağı yaş qruplarında isə Amil Mahmudlu, Ləman Həsənli və Cəlal Şükürov bütün rəqiblərini geridə qoyublar. Milli komandanın digər üzvləri isə gümüş və bürünc medallar qazanıblar:
Ləman Həsənli (-Open) – I yer;
Amil Mahmudlu (-34 kq) – I yer;
Cəlal Şükürov (-40 kq) – I yer;
Rüstəm Cəfərli (-34 kq) – II yer;
Mehdi Abdullayev (+40 kq) – III yer;
Cavad Cəfərov (-34 kq) – III yer.
Masterlər arasında isə Rauf Yusifov +82 kq çəki dərəcəsində qızıl medal qazanıb, Ələddin Əzizov isə bürünc mükafat əldə edib.
Həmçinin, gənc oğlanlar komanda yarışında və yeniyetmələrin qarışıq qruplarında komandamız Avropa çempionu olub.
Kata yarışlarında isə Mikael Hüseynov və Murad Bairamov gümüş medallara layiq görülüblər.
Yığmamız yarışa Azərbaycan Karate-Do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədovun rəhbərliyi altında qatılıb. 30-dan çox ölkənin iştirak etdiyi bu yarışda Azərbaycan medalların sıralamasına görə 3-cü yerə yüksəlib.